Rusiya ilə bağlı qorxulu proqnoz
01.06.2015 1256 0.0 0

Rusiyada iqtisadi böhran hələ aradan qaldırılmayıb və böhranın pik həddi bu ilin ikinci rübündə baş verəcək.

Məlumata görə, bunu Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin bildirib.

O deyib ki, böhranın ağır dövrünün geridə qaldığını düşünmək olmaz, çünki ümumi daxili məhsul (ÜDM) birinci rüblə müqaisədə ikinci rübdə daha çox azalacaq: "Bu il ÜDM-in təqribən 4 faiz azalacaq. Bu, İqtisadi İnkişaf Nazirliyinin açıqladığı proqnozundan çoxdur".

Onun sözlərinə görə, ölkəni iqtisadi böhran bürüyəcək. Böhranlı vəziyyət yalnız bank sektorunda yavaşıya bilər. Rusiya 2000-ci ildən indiyədək ilk dəfədir böyük böhran dövrünü yaşayır.

Keçmiş nazir ölkədə siyasi və iqtisadi islahatlar aparılacağı halda hakimiyyət qurumlarına qayıtmasının mümkünlüyünü istisna etməyib.

Xatırladaq ki, A.Kudrin 2000-2011-ci illərdə Rusiyanın maliyyə naziri işləyib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar