Rusiya İsveçrəyə nota verib
20.11.2016 917 0.0 0

Rusiyanın İsveçrədəki səfirliyi İsveçrəyə məxsus qırıcı təyyarənin “Rossiya” xüsusi uçuş qrupunun təyyarəsinə yaxınlaşdığına görə bu ölkənin Federal Xarici İşlər Departamentinə etiraz notası verib.
 
“TASS”a istinadən verilən xəbərə görə, səfirlik insidentlə bağlı təəccüb ifadə edib və məsələyə aydınlıq gətirilməsini xahiş edib. Məlumata görə, təyyarənin İsveçrə üzərindən  uçuşuna əvvəlcədən razılıq alınmışdı.   
 
Qeyd edək ki, Rusiya təyyarəsinə yaxınlaşan İsveçrə qırıcıları onu Fransa sərhədinədək müşayiət ediblər.
 
Rusiya təyyarəsinin göyərtəsində Asia Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində prezident Vladimir Putini müşayiət edən nümayəndə heyətinin üzvləri və jurnalistlər olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar