Rusiya helikopteri belə qəzaya düşdü (VİDEO)
03.08.2015 819 0.0 0

Rusiyanın Ryazan vilayətində keçirilən avia şou zamanı baş verən helikopter qəzasının videosu yayılıb.

Məlumata görə, Mi-28 hərbi helikopteri xüsusi hərbi elementi yerinə yetirən zaman yerə çırpılıb və alışmağa başlayıb. 

Yayılan videoda görünür ki, insanlar əvvəl qəzanın baş verməsinə, yox hərbi elementin davam etdiyini düşünüb. Lakin helikopter yerə düşüb alışandan sonra qəza baş verdiyi anlaşılır. 

Helikopterdə olan pilotlardan biri - 45 yaşlı podpolkovnik zamanında katapultu açmayıb və həlak olub. Digər pilot isə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, avqustun 2-i Ryazan şəhərində “Dubroviçi” aviapoliqonunda beynəlxalq konkurs keçirilir. Yerli KİV-in yazdığına görə, konkursda 4 ölkədən – Rusiya, Belarus, Qazaxstan və Çindən 50dən çox ekipaj iştirak edir. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar