Rusiya əhalisi yenidən azalmağa başlayıb
18.08.2017 742 0.0 0

Rusiya əhalisinin sayı bu ilin ilk yarısında 17 min nəfər azalıb və iyul ayının 1-nə 146,8 mln. nəfər təşkil edib. 

"Vesti" saytına istinadən verilən xəbərə görə, bu barədə Rusiya Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən il ölkə əhalisi 267,3 min nəfər, 2015-ci ildə isə 277,4 min nəfər artıb.

Bununla yanaşı, bu ilin ilk yarımilliyində doğulanların sayı 821 min nəfərədək azalıb. 2016-cı ilin eyni dövründə isə əhalinin sayında 928,4 min nəfər azalma olub. Ölənlərin sayı 2016-cı ilin yanvar-iyun aylarına qarşı (960,6 min) bu il 940,4 min nəfərədək azalıb.

Bununla da, 2017-ci ilin yanvar-iyun aylarında əhalinin təbii azalması 2016-cı ilin eyni dövrünə (32,2 min nəfər) qarşı 119,4 min nəfər təşkil edib. Miqrasiya nəticəsində artım əhalinin sayca itkisini 85,7% ödəyib.

Doğulanların sayının azalması Rusiyanın 84 subyektində, ölənlərin sayı isə 73 subyektində qeydə alınıb.

Bütövlükdə ölənlərin sayı doğulanların sayını 1,1 dəfə (bir il əvvəl - 1 dəfə olub), 25 subyektdə isə 1,5-2 dəfə üstələyib.

Əhalinin təbii artımı ilk yarımildə Rusiyanın 21 subyektində (2016-cı ilin eyni dövründə - 35 subyektdə) qeydə alınıb.

Miqrasiya nəticəsində yaranan artım 2016-cı ilin yanvar-iyun aylarına (141,9 min nəfər) qarşı 102,3 min nəfər təşkil edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar