Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı davam etdirəcək
13.10.2016 499 0.0 0

Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı davam etdirəcək.

 

“RİA Novosti”yə istinadən verilən məlumata görə, bunu İrəvanda ArmHiTec-2016 sərgisində Rusiyanın “Rostex və “Qosoboroneksport” dövlət şirkətlərinin nümayəndə heyətinin rəhbəri Vladimir Qonçarov deyib.

 

O bildirib ki, İrəvanda keçirilən sərgidə Rusiya hərbi texnikasının ən yaxşı nümunələri nümayiş olunacaq: “Bu sərgilər Rusiyanın müasir silahlarının ən yaxşı nümunələrini nümayiş etdirmək, xarici tərəfdaşlarımızın siyahısını genişləndirmək, Rusiyanın Ermənistan və digər ölkələrlə hərbi-texniki əməkdaşlığını gücləndirmək baxımından yaxşı imkandır”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar