Rusiya Belarusa müasir silahlar verəcək
12.03.2022 281 0.0 0

Rusiya Belarusu müasir silahlarla təmin edəcək.

Məlumata görə, bu barədə razılıq Rusiya Prezidenti Vladimir Putinlə Belarus lideri Aleksandr Lukaşenko arasında Moskvada baş tutan görüşdə əldə edilib.

Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont bildirib ki, söhbət zamanı liderlər hərbi-sənaye kompleksinin inkişafına və İttifaq dövlətinin müdafiəsinə böyük diqqət yetiriblər.

İlk növbədə Putin və Lukaşenko dünyadakı, regiondakı, o cümlədən Ukraynadakı vəziyyəti və Moskva ilə Kiyev arasında ikitərəfli danışıqları ətraflı müzakirə ediblər. Onun sözlərinə görə, sonuncu mövzu ilə bağlı görüşə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski dəvət olunub.

“Nəticələrə görə, yekdil fikir səslənib. Ukrayna tərəfi istəsə, münaqişə hər an həll oluna bilər"./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar