Rusiya Azərbaycanla sərhəddə irimiqyaslı təlimlərə başlayıb
05.09.2016 656 0.0 0

Rusiya Silahlı Qüvvələri sentyabrın 5-də Cənub Hərbi Dairəsinin ərazisində irimiqyaslı təlimlərə başlayıb. 
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "Qafqaz-2016" adlı strateji komanda-qərargah təlimi sentyabrın 10-a kimi davam edəcək. 
 
Təlimlər Cənub Hərbi Dairəsinin ərazisində yerləşən poliqonlarda, Qara dəniz və Xəzər dənizinin akvatoriyasında keçiriləcək. 
 
Quru Qoşunları, Hava-Kosmik Qüvvələri, Hərbi-Dəniz Donanması, Hava Desant Qüvvələrinin cəlb olunduğu təlimlərdə Silahlı Qüvvələrin döyüş hazırlığı yoxlanılacaq. 
 
Təlimlərdə ümumilikdə 12,5 minə yaxın hərbçi, aviasiya, döyüş texnikası və hərbi gəmi iştirak edir./apa/


Digər xəbərlər:
Şərhlər
avatar