Rus teleaparıcıların Azərbaycan sevgisi (VİDEO)
02.10.2015 1044 0.0 0

Məşhur Rusiyalı teleaparıcı Andrey Malaxov Bakıda keçirilən toyların birində yallı oynayıb.

Məlumata görə, Malaxov Azərbaycanın tanınmış teleaparıcısı Nərgiz Cəlilova və rəqs qrupu ilə birgə rəqs edib. 

Nərgiz Cəlilova  bildirdi ki, Andrey Malaxov tədbirə aparıcı kimi çağrılmışdı. Rusiyalı aparıcı öz təşəbbüsü ilə yallı oynamağa başlayıb. 

Nərgiz Cəlilova-Teleaparıcı

 

" Aparıcı yallı rəqsinə əvvəldən maraq göstərdi. Qonaqların birindən dəsmal alıb kişilər ilə bir tərəfə durub, yallı rəqsi etməyə başladı. O, bildirdi ki, mənim sizin əl-ələ tutan rəqsinizdən çox xoşum gəlir."


"İkinci dəfə idi ki, mən Andrey Malaxov ilə belə tədbir aparıram,çox səmimi, gözəl insandır və heç bir ulduz xəstəliyinə tutulmayıb. Elə bil onunla 100 il bir səhnədə həmkarlıq eləmişəm" -deyə Nərgiz Cəlilova əlavə edib. 

 


Andrey Malaxov yallı gedir


Rusiyalı teleaparıcılar arasında Azərbaycana marağı olan tək Andrey Malaxov deyil. Onunla yanaşı digər tanınmış rusiyalı aparıcı Maksim Qalkin Azərbaycan mədəniyyətinə və dilinə maraq göstərib.

Məşhur teleaparıcı və parodiya müəllifi Maksim Qalkin İvan Urqantın televiziya şousunda özünü poliqlot kimi göstərmək üçün, 5 dəqiqə Azərbaycan dilində danışmağa başlayıb. 

Qalkinin dil biliyi, İvan Urqantı təəccübləndirib. Maksim Qalkinin Azərbaycan dilində dediyi bunlar olub: "Mən Azərbaycan dilində danışmağı öyrənmişəm. Telefon ya sönüb, ya sınıb, ya...

 


Maksim Qalkin Azərbaycan dilində danışır

 

Məşhur rusiyalı teleaparacı Andrey Malaxov 1995-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Televiziyada isə 1992-ci ildən fəaliyyət göstərməyə başlayıb. 2005-ci ildən “Pust Qovoryat” verilişinin teleaparıcısıdır.

Maksim Qalkin isə Rusiya Dövlət Humanitar Universitetinin Linqvistika fakültəsini bitirib. O, müğənni, teleparıcı, həm də parodiyaçı kimi çıxış edir. Televiziyaya 2001-ci ildə gəlib. “Kto xoçet stat millionerom” verilişi ilə məşhurlaşıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar