Rus təyyarəsi belə «tutuldu» (VİDEO)
13.05.2015 808 0.0 0

Britaniya qırıcıları Estoniyanın hava məkanında Rusiya hərbi təyyarəsini yaxalayıb. 

Məlumata görə, bu haqda Böyük Britaniya Müdafiə Nazirliyinin rəsmi saytında bildirilir.

Müdafiə Nazirliyi Britaniyanın Estoniyada Rusiyanın hərbi təyyarəsinin "ələ keçirməsi" haqqında video material da təqdim edib.

Qeyd edilir ki, NATO-nun hava missiyası çərçivəsində Estoniyada olan iki “Typhoon” qırıcısı Rusiyanın İl-20 təyyarələrini hava məkanının zonasını tərk edənədək müşaiyyət ediblər.

Rusiya tərəfi bu barədə hələ heç bir açıqlama verməyib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar