Rus təyyarələri ABŞ-a girdi
03.05.2015 840 0
Rusiya Silahlı Qüvvələrinin iki Tu-95 bombardmançı təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinə həyacanlı anlar yaşadıb.
Məlumata görə, bu barədə The Washington Free Beacon Pentaqondakı mənbəsinə istinadən xəbər verir.
Bildirilir ki, bombardmançı təyyarələr Alyaska səmasında görünüb. İnsident aprelin 22-də baş verib. Qəzet yazır ki, bombardmançı təyyarələrin qarşısının alınması üçün ABŞ tərəfi havaya qırıcılarını qaldırmayıb.
Qeyd edək ki, Rusiya Hərbi Hava Qüvvələrinin bombarmançı təyyarələri Avropa səmasında da tez-tez peyda olur. Belə ki, təyyarələr əsasən Baltik dənizi üzərində Latviyanın hava məkanına girir. NATO bunun qarşısını almaq üçün dəfələrlə havaya qırıcılarını qaldırıb./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər