Rus nümayəndə heyətinin rəhbəri: Bakıda dava olmayıb
12.06.2015 804 0.0 0

"Heç bir dava baş verməyib".Məlumata görə, bunu TASS agentliyinə açıqlamasında Bakıya gələn Rusiya nümayəndə heyətinin rəhbəri İqor Kazikov deyib. 

O, Bakıda keçirilən Avropa Oyunlarında iştirak etmək üçün paytaxtımıza gələn rusiyalı və ukraynalı idmançılar arasında dava baş verməsi barədə məlumatı təkzib edib. 

Qeyd edək ki, idmançılar arasında davanın baş verməsi barədə məlumat ötən gün yayılıb. İdmançıların şəhərdə emosiyalarını saxlaya bilməyərək əlbəyaxa olduğu deyilirdi. Davanın qarşısını hüquq mühafizə orqanlarının müdaxiləsi ilə almaq olub. 

Xatırladaq ki, Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də baş tutacaq. yarışlar iyunun 28-dək davam edəcək. Oyunlarda 253 dəst medal uğrunda 6 min idmançı mübarizə aparacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar