Ruhani üçün Rusiyanın vacibliyi (VİDEO)
10.07.2015 592 0.0 0

İranın Nüvə proqramı ilə əlaqədar görüşlərin nəticəsiz qaldığı bir vaxtda, İran prezidenti Həsən Ruhani danışıqarda Rusiyanın vacib rol oynadığını deyib.

ANS TV-nin məlumatına görə, rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Ruhani qeyd edib ki, hazırda İranla Rusiya arasında kifayət qədər yaxşı qurulmuş əlaqələr var. Onun fikrincə hər iki tərəf siyasi iradə göstərərək bu əlaqələri daha da gücləndirə bilər:

“Əminəm ki, Rusiya ilə bütün sahələrdə əlaqələrimizi inkişaf etdirə bilərik. Vyana danışıqlarında problemin həlli istiqamətində gərəkli addımların atılacağına da inanıram. Danışıqların davam etdirilməsində göstərdiyiniz təşəbbüsə görə isə, sizə təşəkkür etməyi özümə borc bilirəm. Xüsusi ilə Cənab Lavrovun burada rolunu vurğulamaq yerinə düşər”./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar