Ruhani ikinci müddətə prezidentliyə namizədliyini irəli sürəcək
26.10.2016 442 0.0 0

 İran prezidenti Həsən Ruhani 2017-ci ildə dövlət başçısı seçkilərində iştirak etmək niyyətindədir.  
 
“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə “Fars” agentliyinə İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli bildirib. Onun sözlərinə görə, seçki qərargahı 2017-ci ilin yanvarında işə başlayacaq.
 
Nazirin sözlərinə görə, namizədlərin qeydiyyatı gələn ilin 10-14 aprel tarixlərində  keçiriləcək. Seçki kampaniyasına rəsmi olaraq aprelin 27-də start veriləcək və mayın 16-dək davam edəcək.  
 
 İranda prezident seçkiləri 2017-ci ilin mayın 19-na təyin edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar