Rövşən Lənkəranski haqqında köhnə film, yeni nüanslar - VİDEO
24.08.2016 1311 0.0 0

Azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin İstanbulda qətlə yetirilməsindən keçən bir həftəyə yaxın müddətdə mövzu hələ də gündəmdədir. Bu barədə ən azı üç ölkənin (Türkiyə, Rusiya və Azərbaycan) mediasında yazılar verilir, filmlər nümayiş etdirilir. Hazırda əsas dilemma qətli kimlərin, hansı kriminal qruplaşmanın və nəyə görə törətdiyi daha çox müzakirə olunur. 

Bu xüsusda hələ Rövşən Lənkəranskinin sağlığında çəkilmiş kadrların istifadə olunduğu və Rusiya telekanallarından birində nümayiş etdirilmiş bir film diqqəti cəlb edir. O filmə baxdıqda kimlərin onun izində olduğu və ola biləcəyi açıq tekstlə bildirilir. 

Əlbəttə, kriminal aləmdə təsadüfü ölümlər olmur. Bir qayda olaraq, ölənləri onların düşmənləri öldürür. Bu filmdə də söhbət Lənkəranskinin düşmənlərindən və düşmənçiliyin səbəblərindən gedir. /musavat.com/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar