Roqozin Azərbaycanda səfərdədir
03.03.2016 519 0.0 0

Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozin Azərbaycanda səfərdədir.
 
"RİA Novosti” agentliyinə istinadən verilən xəbərə görə, bu barədə o "Facebook" səhifəsində yazıb.
 
"Bakıda hava axşam 9, gündüz 14 dərəcədir. Küləklidir. Azərbaycan paytaxtından hamıya salamlar", - deyə D. Roqozin qeyd edib.
 
"Kommersant" yazır ki, D. Roqozinlə yanaşı, Rusiyanın xüsusi silah ixracatçısı - “Rosoboronoeksport” un rəhbərliyi və hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin nümayəndələri də Bakıya gəlib.
 
Məlumata görə, Bakıda keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar