Ronaldinyo meydanın mərkəzindən qol vurub - VİDEO
12.12.2017 1193 2.0 0

Məşhur braziliyalı futbolçu Ronaldinyo baxımlı qola imza atıb. Məlumata görə, ulduz oyunçu öz dostları ilə Braziliya futbolunun tanınmış nümayəndələri arasında təşkil edilən xeyriyyə matçında fərqlənib.

O, komandasının 6:9 hesabı ilə uduzduğu görüşdə meydanın mərkəzindən qol vurub.

Qeyd edək ki, Braziliya yığmasının keçmiş hücumçusu karyerası ərzində Fransanın PSJ, İspaniyanın “Barselona”, İtaliyanın “Milan”, Meksikanın “Keretaro”, eləcə də vətənində “Qremio”, “Flamenqo”, “Atletiko Mineyro” və “Fluminese” komandalarının formasını geyinib. O, 2015-ci ildə futbolçu karyerasını başa vuraraq, futzala keçib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar