ROMA PAPASININ ERMƏNİ SEVDASI
31.01.2015 889 0.0 0

Roma Papası I Fransisk xristian təəssübkeşliyindən çıxış edərək yeni bəyanat səsləndirib. 

Baş rahib "erməni soyqırımı"nın 100-cü ildönümü ərəfəsində erməni katolikləri üçün liturgiya (xristianların ən əsas ibadət ayini) keçirəcək.

Mlumata görə, bu barədə "Catholic News Herald" xəbər yayıb.

Bildirilib ki, Roma Papası ayini 2015-ci ilin aprelində Vatikanda Müqəddəs Pyotrun Kilsəsində icra edəcək.

Ümumiyyətlə, bu hərəkətin baş tutub-tutmayacağını indidən söyləmək doğru olmaz, hər şeyi zaman göstərəcək. Amma, bu, baş tutarsa, təbii ki, böyük problemlərə, siyasi gərginliyə yol aça bilər. Birincisi, din siyasətə qarışmamalıdır. Bütün dinlər insanları sülhə, barışığa çağırmalı, istənilən, təcavüzü pisləməlidir. Amma xristianların baş rahibi olmayan soyqırımı gündəmə gətirir. Görünür, bu, Roma Papasının işinə yarayır, çünki, o, "sevilmək" üçün daim ermənilərin xeyrinə fikirlər səsləndirir.

Hələ ötən il dekabrın əvvəlində Roma Papası Ankaraya səfəri zamanı Türkiyə-Ermənistan sərhədinin açılmasına çağırış etdi. Din xadimi hətta Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşması üçün dua etdiyini də açıqladı. 

Bir sözlə, hər il qondarma soyqırımı ərəfəsində müxtəlif təşəbbüslər göstərilir, amma baş tutmur. Çox güman ki, bu da ermənilər üçün növbəti blef olacaq. Baş rahib tərəf saxlamamalı, həqiqətləri danmamalı, digər dinlərə də hörmətini büruzə verməli, müsəlman aləminin nifrətini qazanmamalıdır.//AnsPress


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar