Robotlar insanları köləyə çevirəcək: Sivilizasiyanın sonu yaxınlaşır
21.10.2016 766 0.0 0

“Süni intellekt bəşəriyyətin ən böyük fəlakətinə səbəb ola bilər. Əgər bu intellekt düzgün idarə edilməsə, düşünən robotlar sivilizasiyasının sonunu gətirəcək”.

Məlumata görə, bu barədə məşhur fizik Stiven Xokinq deyib.

Onun sözlərinə görə, süni intellekt nəticəsində dəhşətli silahlar istehsal olunacaq: “Bu, milyonlarla insanın məhv olmasına səbəb ola bilər. Süni intellekt bununla yanaşı, iqtisadi sistemlərin çöküşünü sürətləndirəcək. Düşünən robotlar gələcəkdə öz iradələrini qazanarsa, insanları köləyə çevirəcəklər”.

Qeyd edək ki, “Google” şirkətinin hazırladığı Deep Mind adlı süni intellektli kompüter bu ilin əvvəlində dünya üzrə Go çempionunu məğlub edib. “Microfot”un icad etdiyi süni intellektli robot isə insan kimi səsləri tanıyır və ayırır.


Bu faktlara diqqət çəkən Stiven Xokinq süni intellektin sürətlə inkişaf etdiyini vurğulayıb./publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar