Rio Ferdinand peşəkar boksçu olacaq
19.09.2017 631 0.0 0

“Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinand özünü başqa idman növündə sınamağa qərar verib. Apasport.az saytı “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, keçmiş müdafiəçi peşəkar boksçu olacaq.

 

Ferdinandın boksla məşğul olduğunu bu gün rəsmən açıqlayacağı gözlənilir.

 

İngiltərə yığmasının sabiq futbolçusu yanvarda boks məşqindən çəkilmiş videonu paylaşmışdı. O, zarafatyana şəkildə Entoni Coşua, Devid Hey və Toni Belyu kimi tanınmış idmançıları duelə dəvət etmişdi.

 

Qeyd edək ki, “Mançester Yunayted”lə yanaşı, “Vest Hem”, “Bornmut”, “Lids Yunayted” və “Kuinz Park Reyncers” klublarında da oynamış Rio Ferdinand futbolçu karyerasını 2015-ci ildə başa vurub. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar