Rio-2016: Azərbaycan taekvondo tarixində ilk olimpiya medalı qazanıb
18.08.2016 913 0.0 0

Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondoçuların mübarizəsinə start verilib.

 

Apasport.az saytının məlumatına görə, Braziliyada tam heyətlə təmsil olunan Azərbaycan yığmasının bir idmançısı dayanq üzərinə çıxıb.

 

49 kq çəki dərəcəsində çıxış edən Patimat Abakarova Rioda debüt döyüşündə serbiyalı Tiyana Boqdanoviçə məğlub olub- 2:3. Boqdanoviç finala kimi irəlilədiyinə görə, Abakarova təsəlliverici görüşlərdə mübarizə aparıb. Bürünc medal uğrunda onun ilk rəqibi çinli Jinqyu Vu olub. Qarşılaşmada iki dəfə geri düşməsinə baxmayaraq sona yaxın rəqibin başına əla zərbə endirən idmançımız 4:3 hesablı qələbəyə sevinib.

 

Patimatın bürünc medal yolundakı son rəqibi fransalı Yasmine Azeize olub. Döyüşə fəal başlayan Abakarova yekunda möhtəşəm qələbə ilə bürünc medal qazanıb - 7:2. Bu, həm də Azərbaycan tarixində taekvondoda qazanılmış ilk medal olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar