Tarix: 09.12.2016,   Saat: 02:05, Cümə.          

Rio-2016: Azərbaycan 3 lisenziyadan rəsmən imtina edib

 Azərbaycan paralimpiya yığması Rio-2016-da 24 idmançı ilə çıxış edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumatda bildirilir ki, İdman Arbitraj Məhkəməsinin çıxardığı qərara əsasən Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyalarının əllərindən alınaraq digər ölkələrə paylanılması və Azərbaycana da 3 lisenziyanın təqdim edilməsi Azərbaycan Paralimpiya Komitəsi tərəfindən verilmiş, Gənclər və idman nazirliyi tərəfindən bir müddət bundan öncə elan olunan qərara əsasən müsbət qarşılanmayıb və lisenziyaılar qəbul edilməyib.

 

"Paralimpiya oyunlarının bu gün başlanmasını, Rusiyalı paralimpiyaçıların bu oyunlara buraxılmaması qərarının dəyişməz olduğunu nəzər alaraq, Azərbaycan tərəfi 3 lisenziyadan rəsmən imtina edib və paralimpiyaçılarımızın özlərinin qazandıqları lisenziya əsasında olimpiya oyunlarına qatılıblar", - deyə məlumatda bildirilir.

 

Qeyd edək ki, Rio -2016 paralimpiya oyunlarına 24 paralimpiyaçımız 6 idman növündə ümumilikdə 41 lisenziya qazanıb.



  Bölmə: İdman | Baxış sayı: 140 | Tarix: 07.09.2016, 16:31


Xəbərlər