Rezident İlham Əliyev açılışda
05.05.2015 597 0.0 0
 

 

Bakıda “İnturist” otelinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva otelin açılışında iştirak ediblər.

Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib
.

Qazeta.info bildirir ki, prezident İlham Əliyevə otel barədə ətraflı məlumat verilib. Bildirilib ki, beşulduzlu bu otel “Absheron Hotel Group”a aiddir. Yeni otel nəinki, Azərbaycan, eləcə də keçmiş SSRİ-də məşhur olan Bakıdakı “İnturist” mehmanxanasının arxitektura üslubunda inşa edilib. Yeni otel köhnə “İnturist” barədə xatirələri yaşatmaqla bərabər nadir memarlıq quruluşu ilə diqqəti cəlb edir. Qeyd olunub ki, beşmərtəbəli binada 150 standart və suit nömrə, həmçinin SPA salonu, kitabxana, iclas zalı və restoran var.

Dövlətimizin başçısı oteldə yaradılmış şəraitlə tanış olub.

Sonra Prezident İlham Əliyev otelin kollektivi ilə görüşüb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar