Respublika ərazisində 331 qida zəhərlənməsi qeydə alınıb
09.07.2015 498 0.0 0

2015-ci ilin 6 ayı ərzində Respublika ərazisində 331 qida zəhərlənməsi hadisələri qeydə alınmışvə keçən ilin müvafiq dövrü ərzində baş vermiş 521 hadisəyə nisbətən 36,5 % azalma müşahidə edilmişdir.
Qazeta.info-nun mılumatına görə, Qida zəhərlənmələri hadisələrində 2015-ci ilin 6 ayı ərzində 418 nəfər,keçən ilin müvafiq dövründə isə 577 nəfər zərəçəkən qeydə alınmış və27,7% azalma müşahidə olunmuşdur.
2015-ci ilin keçən 6 ayı ərzində ölkə üzrə 14 nəfər (2014-cü ilin müvafiq dövründə 17 nəfər) botulizm ilə xəstələnmişdir.

Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar olmuş, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olmuşdur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar