Ərdoğanla Putin arasında mühüm razılaşma
24.10.2016 536 0.0 0

Rusiya Türkiyəyə Hələbin şimalında əməliyyat keçirməsi üçün kəşfiyyat məlumatları verməyə başlayıb.

 

Məlumata görə, bu barədə informasiyanı “İzvestiya” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Tərəflər arasında razılaşmaya əsasən, Moskva Ankaraya radiotexniki və optik-görüntülü kəşfiyyat məlumatlarını verəcək:

 

“Bu razılaşma Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşündə əldə olunub. O zaman Rusiya nümayəndə heyətinin tərkibində Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov da var idi. Məhz o türkiyəli həmkarları ilə bu məsələni geniş müzakirə edib”.

 

Qeyd edək ki, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov Türkiyəyə sonuncu dəfə sentyabr ayında səfər edib. O, səfəri zamanı Suriya məsələsini Türkiyə Baş Qərargah rəisi Hulusi Akarla müzakirə edib. Onun səfərindən bir neçə həftə sonra Putin Türkiyəyə yollanıb. /axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar