Ərdoğanın yeni qiraət videosu yayıldı (VİDEO)
04.06.2015 1010 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Quran oxumasını əks etdirən video-çarx yayılıb. 

Məlumata görə, ölkə başçısı yayılan video-çarxda Qurani Kərimdən ayələr oxuyur. 

Video-çarxda Ərdoğanın oğlu Bilal Ərdoğanın da atasına qulaq asdığı görünür. 

Sosial şəbəkələrdə yeni yayılan videonun Ərdoğanın doğma şəhəri Rizedə çəkildiyi bildirilsə də çəkilişin tarixi barədə məlumat verilməyib.

Qeyd edək ki, Türkiyə prezidenti videoda “Ali İmran” surəsinin 190, 191, 192, 193 və 194-cü ayələrini qiraət edir:

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru! Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz! Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!” – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al! Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan!” /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar