Ərdoğanın qızı barədə biabırçı kampaniya
26.08.2015 1287 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğan barədə qaralama kampaniyası başladılıb. Məlumata görə, kampaniyanı müxalifətçi CHP millət vəkili Mahmud Tanal başladıb. Tanal İŞİD terror təşkilatına beyət etmiş “Lazika İslam Əmirliyi” adlı yeni qruplaşma liderinin Sümeyyə Ərdoğana evlənmək təklif etdiyini iddia edib. Bu iddialarını leqal göstərməyə çalıan Tanal Türkiyədə “Lazika İslam Əmirliyi” adlı qruplaşmanın fəaliyyətdə olub-olmadığını öyrənmək üçün Daxili İşlər Nazirliyinə sorğu göndərib. 

 

Sümeyyə Ərdoğana evlənmək təklif etdiyi iddia olunan terrorçu lider 


Mahmud Tanalın bu iddiaları Fətullah Gülənə aid mətbu orqanlarda da öz əksini tapıb. Ölkə xaricində ingilis dilində nəşr olunan “Todays Zaman” qəzeti də bu iddiaları xaricdəki oxucularına çatdırıb. Qəzetin bu xəbəri sosial şəbəkədə paylaşaraq başlatdığı kampaniyaya Türkiyədə nəşr olunan “Sözcü” qəzeti ilə “Sol haber” portalı da qoşulub. 

 


"Todays Zaman" qəzetində bu barədə çıxan xəbər

 

Məsələnin diqqəti çəkən başqa bir tərəfi isə “Todays Zaman” qəzetinin şef redaktoru Bülent Keneşin bir neçə ay əvvəl prezident Ərdoğanı təhqir etdiyinə görə, məhkəmə tərəfindən təzminat ödəməyə məhkum olunmasıdır. 

Başda Sümeyyə Ərdoğan özü olmaqla bir çox siyasətçi, jurnalist, QHT nümayəndələri və s. bu kampaniyanı kəskin etirazla qarşılayıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar