Ərdoğanın Nyu Yorkdakı çıxışı zamanı 5 təxribatçı - VİDEO
22.09.2017 675 0.0 0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu Yorkdakı çıxışına etiraz edən 5 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, R.T.Ərdoğan Türkiyə-ABŞ Milli Komitəsinin tədbirində çıxış edən zaman bir kişi "Sən terrorçusan. Mənim ölkəmdən rədd ol" deyə qışqırıb. Bundan sonra zalda dava düşüb.

Nyu York polisi 5 nəfərin saxlandığını, lakin onların həbs edilmədiyini bildirib. Xəsarət alan yoxdur.

Rəsmi Ankara insidentin ABŞ hakimiyyətinin təhlükəsizlik tədbirləri görməkdən imtina etməsinə görə baş verdiyini bəyan edib.

Türkiyə mətbuatı etiraz edənlərin PKK terror təşkilatının üzvləri olduğu yazır.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar