Ərdoğanın kürəkəni nazir təyin edildi
24.11.2015 697 0.0 0

Bu gün Türkiyədə yeni hökumətin tərkibi elan edilib. Sözcü.com.tr-yə istinadən  verilən xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın kürəkəni Berat Albayrakın yeni nazirlər kabinetinə daxil olması diqqəti cəlb edir. B.Albayrak yeni kabinetdə enerji və təbii sərvətlər naziri vəzifəsini tutacaq.

 

Qeyd edək ki, B.Albayrak 1 noyabr seçkilərində Ədalət və İnkişaf Partiyasından İstanbuldan namizəd göstərilib və 6-cı sıradan seçilib./lent.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar