ƏRDOĞANIN KEÇİD MARŞRUTUNDA PARTLAYIŞ OLDU
02.02.2015 936 0.0 0

Ərdoğanın keçid yolu üstündə partlayış!
Paytaxtda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın keçid yolu üstündə olan bir binanın bağçasında ard arda 2 partlayış meydana gəlib.

Türkiyə mətbuatının yaydığı məlumata görə, partlayışlar prezidenti Ərdoğanın geçməsinə 30 dəqiqə qalmış Çankayada meydana gəlib. Partlayış, Çankaya Prospektində 4 nömrəli binanın bağçasında baş verib.

Məlumata görə həmin vaxt Ərdoğanın keçişi üçün binanın qarşısında növbə çəkən yol polisi, partlayışla diksinib. Polis məmuru bina qarşısında gördüyü bir neçə adama partlayışın necə meydana gəldiyini soruşub.

Ətrafdakılar, son partlayışdan bir neçə saat əvvəl də eyni yerdə partlamaların meydana gəldiyini bildirib.Vəziyyətdən şübhələnən polis məmuru,aidiyyatı qurumlara məlumat veri.

Polis məmurunun çağırışından sonra, partlayışın baş verdiyi bölgəyə çox sayda bomba zərərsizləşdirən qrup,cinayət axtarış, terrorla mübarizə şöbə və asayiş qrupları cəlb olunub. Partlamanın baş verdiyi bina ətrafında geniş təhlükəsizlik tədbirləri alınıb. Hadisə yeri araşdırma qrupları, partlamağa səbəb olan maddələri öyrənmək üzrə, partlamanın baş verdiyi binanın bağçasında araşdırmalar aparıb. Hadisə yerini görən kamera görünüşləri araşdırılmaq üçün polis qrupları tərəfindən mərkəzə göndərilib.

Hadisə yerinin axtarışları nəticəsində, partlayışın olduğu bağçada, 3 ədəd yarım litrlik su şüşələrinin içərisinə qoyulmuş partlayıcı maddələr tapılıb. Araşdırmalar nəticəsində, şüşə içərisində tuzruhu, alüminium folqa və müxtəlif partlayıcı maddələrin olduğu; 2 -sinin partlamış halda, 1-nin isə partlamağa hazır vəziyətdə olduğu məlum olub. 

 Bildirildiyinə görə partlayışdan sonra araşdırmaların getdiyi zaman, prezident mühafizəsi və polis qrupları tərəfindən geniş təhlükəsizlik tədbirləri alınıb və prezident Ərdoğanın marşrut keçişi tam təhlükəsiz təmin olunub.Prezident mühafizəsi də, marşrut prezidentin keçişini təmin etdikdən sonra partlayışın olduğu yerə gələrək, partlayışın səbəbləriylə əlaqədar məlumat alıb.

   Polis qruplarının, partlayışlarla əlaqədar araşdırma başladığı bildirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar