
FETÖ (Fəthullahçı Terror Təşkilatı) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı cərrahiyyə əməliyyatı zamanı öldürməyi planlaşdırıb.
“Sabah” nəşrinə istinadən xəbər verilir ki, bu barədə 17-25 dekabr dövlət çevrilişi cəhdi sonrası təşkilata aid 200-ə yaxın məxfi məlumat, sənəd, görüntü və səs yazısını İzmir Respublika baş prokuroru Vəkili Okan Batoya təslim edən FETÖ imamı Hüseyn Sarıçiçek bildirib.
“7 fevral MİT böhranının yaşandığı gün idi. Fətullah Gülənə ən yaxın 6 nəfərlik çox gizli heyətdə olan Egey dənizi bölgə imamı Necdət İçel mənə zəng etdi və avtovağzaldan bir polkovniki götürərək Torbalıdakı bağ evinə aparmağımı istədi. Mən də o polkovniki götürərək İçelin bağ evinə apardım. Bu arada Necdət İçelin qışqıraraq bağçaya çıxdığını və yanında olan bir polis rəisinə hücum etdiyini gördüm. İçel “Əməliyyata necə girməz? Bu adam necə ölməz? deyə bağırırdı. Sonradan həmin dövrdə baş nazir olan Ərdoğanın İstanbulda bir cərrahiyyə əməliyyatından son anda imtina etdiyini öyrəndim. Necdət İçel 7 fevral və 17-25 dekabr hadisələrindən əvvəl Amerikaya gedib gəlmişdi”, - Hüseyn Sarıçiçək deyib.
Təşkilat hərbi liseylər və ali hərbi məktəblərində tələbələrə çox əhəmiyyət verirdi. Bu tələbələr, Fətullah Gülənin dualarında bir nömrə deyilərək, mənəvi cəhətdən təmin edirdilər. /Publika.az/
FETÖ İmamı İtiraf Etti: Hedefleri, Erdoğan'ı... by haberler