Ərdoğanı devirmək üçün İstanbula gələn Amerika casusları - ADLAR
06.08.2016 866 0.0 0

Türkiyədə 15 iyul dövlət çevrilişi günü İstanbula gələn ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) 10 casusunun kimliyi ortaya çıxıb.

Qazeta.info Publika.az-a istinadla xəbər verir ki, 15 iyul gecəsi İstanbul “Büyükada Splendid Palace” otelində məxfi toplantı keçirilib.

Dövlət çevrilişi planı bu oteldən idarə olunub. Əsas şəxs CİA-nın Türkiyə üzrə keçmiş mütəxəssisi Henri Barkey və İstanbul masasının şefi Qraham Fuller olub. Toplantıda iştirak edən 16 nəfərin 6-sı türk, 10-u isə əcnəbi olub. Diqqət çəkən məqamlardan biri toplantıda iştirak edən CİA-ya bağlı şəxslərin hamısının Yaxın Şərq, Türkiyə, İran, Suriya üzrə mütəxəssis olmalarıdır.

 

Henri Barkey 

CİA-nın Türkiyə üzrə keçmiş mütəxəssisi.

 

Qraham Fuller

 

CİA-nın İstanbul masasının keçmiş şefi. Fətullah Gülənə ABŞ-da yaşamaq hüququ verilməsində böyük rol oynayıb.

 

 

Ellen Laipson

 

ABŞ Qlobal Təhlükəsizlik Konseyi rəhbərinin keçmiş köməkçisi, Yaxın Şərq Siyasətləri İnstitutunun analitiki. Laipson 2009-2013-cü illərdə ABŞ prezidenti Barak Obamanın yanında Kəşfiyyat Qurumunun üzvü olub.
 

Ali Vaez

ABŞ-da fəaliyyət göstərən “Vudro Vilson” beyin mərkəzinin rəhbərlərindəndir. Beynəlxalq Böhran Qrupunun İran bölümünün direktoru.
 

Mesud Karokhail

 

“Bonn Beynəlxalq Mərkəzi” və “The Liaison Center” kimi bir çox beyin mərkəzinin Yaxın Şərq üzrə analitiki. 

 

Samir Sumaidaie

 

İraqın ABŞ-dakı keçmiş səfiri.

 

 

Marva Daoudi

 

Beynəlxalq münasibətlər və yaxın Şərq üzrə mütəxəssis.

 

Silvia Tiryaki

Slovakiya əsilli siyasi analitik. İsrail-İsrail münasibətləri, Ermənistan və Yaxın Şərq üzrə mütəxəssis.

 

Ahmed Morsi

“Karnegi” fondunun mütəxəssisi. Yaxın Şərq, Misir, İran və ABŞ üzrə analitik. 15-19 iyul tarixlərində Türkiyədə olub.

 

Ellie Qeranmayeh

Avropa Xarici Münasibətlər Konseyinin mütəxəssisi. 

Qeyd edək ki, Türkiyə tərəfi bu şəxslər haqda cinayət işi açıb.


Digər xəbərlər:
Şərhlər
avatar