Ərdoğandan sərt cavab: Məni qorumayacaqlarsa, onları niyə Amerikaya aparım?
16.06.2017 799 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan ABŞ polisinin mühafizəçilərinin həbsinə dair order verməsinə münasibət bildirib. “RİA Novosti”yə istinadən veriləni xəbərə görə, Ərdoğan  Ankaranın bununla siyasi və hüquqi vasitələrlə mübarizə aparacağını deyib. 

“Mən ABŞ-da olarkən PKK və FETO üzvləri mən olduğum yerin 40-50 metrliyində aksiya keçirirdilər. ABŞ polisi buna qarşı heç bir tədbir görmədi. Təsəvvür edirsinizmi, analoji hadisə Türkiyədə baş versəydi, nələr olardı? Dünən iki soydaşımızı həbs ediblər, 12 mühafizəçim barəsində həbs qərarı veriblər. Bu nə cür qanundur? Mühafizəçilərim məni qorumayacaqsa, onları nə üçün Amerikaya aparmalıyam?”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, ABŞ polisi Vaşinqtonda etirazçılarla qarşıdurmada iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verib./APA/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar