Ərdoğandan dünya ictimaiyyətinə FETÖ çağırışı
21.09.2016 592 0.0 0

 Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan dünya ictimaiyyətini FETÖ ilə mübarizə aparmağa çağırıb. NTV-yə istinadən verilən xəbərə görə, Ərdoğan BMT üzvlərinə ünvanlanan bu çağırışı təşkilatın Baş Assablayasının iclasında çıxışı zamanı edib.  

 

“Çevriliş cəhdi baş verən gecə 241 nəfər ölüb. Parlament, polis binalarına  FETÖ-nün nəzarətində olan F-16 qırıcıları tərəfindən zərbələr endirilib. Dinc sakinlərə atəş açıblar. Çevriliş cəhdinin qarşısı mərd vətəndaşlarımız tərəfindən alındı. Bu gün mən türk xalqının igidliyi hesabına sizin qarşınızda dururam.  Bizim gələcəyimiz naminə mən BMT-nin bütün ölkələrini bu təşkilatla mübarizəyə çağırıram. Biz bunu bu gün etməsək, sabah artıq gec olacaq. BMT ölkələri məhz bu təşkilata görə təhlükə altındadırlar”, - deyə Ərdoğan çıxışında bildirib.    

 

“FETÖ bir çox ölkənin bütün orqanlarına daxil ola bilib”, - deyə Ərdoğan qeyd edib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar