Ərdoğan yeni hökumətin qurulmasını həvalə edib
10.07.2015 570 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni, sayca 63-cü hökumətin formalaşdırılmasını baş nazir Əhməd Davudoğluna həvalə edib.

Məlumata görə, bu barədə baş nazirin mətbuat katibi İbrahim Kalın bildirib.
 
Yeni parlament 45 gün ərzində Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırıb təsdiq etməlidir. Qanunvericiliyə əsasən, bu prosedurun müəyyən olunmuş müddətdə baş verməyəcəyi təqdirdə prezident parlamenti buraxaraq vaxtından əvvəl seçkilər təyin etməlidir.    
 
Əhməd Davudoğlu koalision hökumətin formalaşması məqsədi ilə parlamentdə təmsil olunan Cümhuriyyət Xalq Partiyası, Millətçi Hərəkat Partiyası və Xalqların Demokratik Partiyası rəhbərləri ilə görüşlər keçirəcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar