Ərdoğan və Putinin Bakı planı
08.06.2015 861 0.0 0

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan Bakıya səfərləri zamanı görüşəcəklər.

Məlumata görə, bu barədə prezidentlər telefon danışığında qərara gəliblər.

Xəbərə görə, iyunun 13-də birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etdikdən sonra Ərdoğan və Putinin görüş keçirəcəyi gözlənilir.

Liderlər Bakıda iki ölkə arasındakı münasibətlər də daxil olmaqla digər mühüm regional məsələləri də müzakirə etməyi planlaşdırıblar.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Putin hakim Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar