Ərdoğan S-400 məsələsində nöqtəni qoydu
13.06.2019 628 0.0 0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatı S-400 zenit-raket komplekslərinin Rusiyadan alınması məsələsində nöqtəni qoyub.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, türkiyəli lider Rusiyadan alınan S-400-lərin artıq iyulda ölkəyə gətiriləcəyini bəyan edib.

R.T.Ərdoğan deyib: "Mən demirəm ki, Türkiyə S-400 alır. Mən deyirəm ki, Türkiyə S-400-ləri artıq alıb və onlar gələn ay ölkəyə gətiriləcək".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar