Ərdoğan: Rusiya bizdən hansı ilk addımı gözləyir, anlamıram
31.05.2016 490 0.0 0

 “Məni maraqlandıran məsələ budur ki, bizdən hansı ilk addımı gözləyirlər? Bunu anlamaqda çətinlik çəkirəm”.  
 
“Hürriyet”ə istinadən verilən məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya rəhbərliyinin münasibətlərin bərpası üçün ilk addımı Türkiyənin atmasının vacibliyi barədə açıqlamalarına münasibət bildirərkən deyib. O, Türkiyənin müttəhimlər kürsüsündə əyləşən bir ölkə olmadığını söyləyib: “Hörmətli Putinlə münasibətlərimizin çox fərqli bir səviyyədə olduğu, iki yaxın dost münasibətlərinin mövcudluğu şəraitində bir pilotun səhvinə görə Türkiyə kimi bir dostu fəda etmələri çox düşündürücüdür. Ümid edirəm ki, bu problem tezliklə həll olunar və Türkiyə ilə Rusiya son 10 il ərzində atdıqları addımları yenidən atarlar”.     
 
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədən üzr və dəyən ziyanın ödənməsini gözlədiklərini bildirib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar