Ərdoğan-Ruhani və Putin görüşəcək
31.12.2016 907 0.0 0

İran prezidenti Həsən Ruhani Türkiyə və Rusiya prezidentlərinin Suriyadakı vəziyyətlə bağlı görüşünə qatılacağını təsdiqləyib.

Qazeta.info `Report`-a istinadən xəbər verir ki, Həsən Ruhani bu görüşün keçirilməsini alqışlayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin 2017-ci ilin yanvarında Qazaxıstanın paytaxtı Astanda görüşəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Astanada Suriya ilə bağlı aparılacaq danışıqlara Səudiyyə Ərəbistanı və Qətər qoşulmalıdır. Onun sözlərinə görə, Ər-Riyad və Doha Suriya münaqişəsinin nizamlanmasında "xoş məram və dəstək nümayiş etdirdikləri üçün" görüşdə iştirak etməlidirlər.

Ərdoğan, bununla yanaşı vurğulayıb ki, terrorçu PKK-nın Suriyadakı qolları, “YPG” və “PYD” danışıqlara dəvət olunarsa, Türkiyə iştirakdan imtina edəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar