Ərdoğan Qazaxıstana gedir
09.12.2016 836 0.0 0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nursultan Nazarbayevin dəvəti ilə 11-12 dekabrda Qazaxıstana səfər edəcək.

Türkiyə Prezidenti Administrasiyasına istinadən verilən məlumata görə, R.T.Ərdoğan səfər zamanı qazax həmkarı N.Nazarbayevlə məhdud və geniş tərkibdə görüşlər keçirəcək.

Görüşlərdə ikitərəfli və regional məsələlər, həmçinin 2017-ci ildə keçiriləcək Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasına hazırlıq müzakirə olunacaq./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar