Ərdoğan Obamanın İŞİD ilə bağlı təklifini qəbul edib
07.09.2016 796 0.0 0

Ankara Vaşinqtonun Suriyanın Rakka şəhərinin İŞİD terrorçu qruplaşmasından azad edilməsi ilə bağlı təklifini qəbul etməyə hazırdır.
 
"Hürriyet" qəzetinə istinadən verilən xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bildirib.
 
“İŞİD-in əsas mərkəzi Rakka şəhəridir. ABŞ prezidenti Barak Obama Türkiyə ilə birlikdə Rakka şəhərinin azad edilməsini istədiklərini bildirib. Cavab verdik ki, bizim tərəfimizdən heç bir problem yoxdur və təklif etdik ki, hərbçilərimiz bir araya gələrək bu məsələni müzakirə etsinlər”, - deyə Türkiyə prezidenti qeyd edib.
 
R. T. Ərdoğan diqqətə çatdırıb ki, Türkiyə regionda mövcud olduğunu göstərməli və geri addım atmamalıdır. O qeyd edib ki, Ankaranın Vaşinqtonla birgə Suriyanın şimalında əməliyyatlar həyata keçirməklə bağlı heç bir problemi yoxdur.
 
Qeyd edək ki, Rakka şəhəri 2013-cü ildən terrorçuların nəzarətindədir. İŞİD şəhəri "paytaxt" elan edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar