Ərdoğan Almaniyanın uydurma «erməni soyqırımı»ı qərarına münasibət bildirib
02.06.2016 836 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya parlamentinin uydurma “erməni soyqırımı”nı tanımasına münasibət bildirib.
 
NTV telekanalına istinadən verilən məlumata görə, Keniyada səfərdə olan R. T. Ərdoğan baş nazir Binəli Yıldırımla əlaqə saxladığını və qərarla bağlı ilk addımı müəyyənləşdirdiklərini bildirib: “İlk addım kimi səfiri geri çağırdıq. Almaniya parlamentinin qərarı Almaniya-Türkiyə əlaqələrinə ciddi şəkildə təsir edəcək. Vətənə qayıtdıqdan sonra oturub, geniş təhlil aparacağıq və sonrakı addımları müəyyənləşdirib, yekun qərar verəcəyik”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar