Ərdoğan ABŞ-ı tənqid etdi
29.05.2016 638 0.0 0

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan ABŞ-ın PKK–nın Suriyadakı qolu olan PYD-ni dəstəkləməsini pisləyib. Bu barədə  “Assoşieyted Press”ə istinadən xəbər verilir.     
 
“Bizim dostlarımız hesab olunanlar, bizimlə birgə NATO-ya üzv olanlar öz əsgərlərini PYD nişanlı hərbi geyimdə Suriyaya göndərə bilməzlər və göndərməməlidirlər”, - deyə Ərdoğan bildirib.  
 
Qeyd edək ki, mətbuatda bundan əvvəl Suriyada kürd silahlı birləşmələrinin tərkibində PYD nişanlı hərbi geyimdə olan amerikalı hərbçilərinin olduğu barədə məlumat yayılıb.   
 
Rəcəb Tayyib Ərdoğan bundan əvvəl ABŞ-ı  PYD-ni dəstəklədiyinə görə dəfələrlə sərt tənqid edərək, Vaşinqtonu Türkiyə və ya PYD arasında seçim etməyə çağırıb.   
 
Qeyd edək ki, Vaşinqton PYD-ni terror təşkilatı kimi tanımaqdan boyun qaçırır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar