Rayondan Bakya maşın almağa gəldi- İtkin düşdü
19.10.2016 699 0.0 0

Bakıya avtomobil almağa gedən Kürdəmir sakini itkin düşüb.

 

Bu barədə itkin düşən şəxsin qardaşı İlqar Cəbrayılov məlumat verib.

 

Onun sözlərinə görə, qardaşı, 1973-cü il təvəllüdlü Vüqar İsrail oğlu Cəbrayılov 10 gün əvvəl avtomobil almaq üçün Bakı şəhərinə gedib. Bir neçə gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində bacısının evində qalan V. Cəbrayılov istədiyi avtomobili tapa bilməyib.

 

Oktyabrın 13-də o, rayona qayıtmaq adı ilə evdən çıxıb. Həmin vaxtdan ondan xəbər yoxdur.

 

Qardaşının dediyinə görə, V. Cəbrayılovun üstündə 5 min manat olub. Ailə üzvləri onun itkin düşməsi ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə, Sabunçu rayon Polis İdarəsinə və Kürdəmir rayon Polis Şöbəsinə məlumat veriblər. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar