Rauf Arifoğlu Müsavatdan istefa verdi
21.07.2015 695 0.0 0

Bir müddət əvvəl Müsavat partiyasından istefa verəcəyini bəyan edən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu istefa ərizəsini partiya rəhbərliyinə təqdim edərək qərarını reallaşdırıb.

"Bu ərizə ilə Müsavat Partiyasındakı 23 illik rəsmi üzvlüyümə son verirəm"; "bu qəzetin təsisçisi-baş redaktoru olaraq şəxsimi partiya mükəlləfiyyətinin yaratdığı məcburiyyətlərdən, Partiyamızı isə mənim qəzetçi-iş adamı fəaliyyətimin yaratdığı məsuliyyət və suallardan azad edirəm" deyə R.Arifoğlu bildirib.
Qazeta.info "yeni Müsavat"a istinadla bildirir ki, Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, Rauf Arifoğlu təşkilatdan istefa ərizəsini ötən həftə görüşərək, ona təqdim edib. Arif Hacılı özünün Facebookdakı profilində bu barədə belə yazıb: “Son gəlişmələrlə bağlı yersiz müzakirələrə, bəzi siyasi alver meyllərinə son qoymaq üçün bildirirəm ki, Rauf Arifoğlu ötən həftə mənimlə görüşərək Müsavat Partiyasından çıxmaq barədə ərizəsini təqdim edib”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar