Ramiz Mirişli dəfn edildi
18.04.2015 721 0.0 0

Bakı Musiqi Akademiyasında Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Ramiz Mirişli ilə vida mərasimi keçirilib.

Məlumata görə, vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, bəstəkarın ailə üzvləri və qohumları iştirak ediblər.

Tədbirdə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, xalq artistləri Arif Babayev, Azər Zeynalov, Canəli Əkbərov, Brilliant Dadaşova və digərləri də iştirak edib. 
Onlar xalq artisti haqqında dəyərli fikirlər səsləndirib, onun xatirələrdədaim qalacağını qeyd ediblər. 

Vida mərasimindən sonra bəstəkar I Fəxri xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, R.Mirişli dünən axşam 81 yaşında vəfat edib.
Bəstəkar 1934-cü il aprelin 16-da Naxçıvanda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O, 1974-cü ildə Naxçıvan MR-in əməkdar incəsənət xadimi, 1982-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 1990-cı ildən isə xalq artisti fəxri adına layiq görülüb.
Xalq artisti Ramiz Mirişli onlarla gözəl mahnı və romansların müəllifi kimi tanınır. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar