Ramil Usubovdan yeni vəzifə təyinatı
01.02.2017 1343 0.0 0

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

 

Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu barədə əmr imzalayıb.

 

Əmrə əsasən DİN-in mətbuat xidmətinin rəisi müavini, polis polkovniki Ehsan Zahidov tutduğu vəzifədən azad edilərək mətbuat xidmətinin rəisi təyin edilib.

 

DİN-in mətbuat xidmətindən yeni təyinatı təsdiqləyiblər.

 

Qeyd edək ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar