Ramil Usubov iki rəisi işdən çıxardı
14.01.2017 4095 0.0 0

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. 
Məlumata görə, daxili işlər naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin rəisi polis polkovnik-leytenantı Fəxrəddin Şirəliyev və Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi polis polkovnik-leytenantı Elman Quliyev tutduğu vəzifədən azad ediliblər. 
Digər bir əmrə əsasən isə Masallı Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini, polis mayoru Haqverdi Zeynalov Nərimanov RPİ-nin CAŞ-ın rəisi təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl Masallı RPŞ-nin rəisi, polkovnik Nəriman İmanov Nərimanov RPİ-nın rəisi təyin edilib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar