Ramil Usubov iki polis rəisini dəyişdi
21.06.2016 820 0.0 0

Bu gün daxili işlər naziri Ramil Usubov iki polis rəisinin xidmət yerinin dəyişdirilməsi ilə bağlı əmr imzalayıb.

Məlumata görə, əmrə əsasən Xaçmaz rayon polis şöbəsinin rəisi Ədalət Yaqub oğlu Abbasov Bakı şəhərinin Nizami rayon polis idarəsinə rəis təyin edilib.

Digər bir əmrlə isə Nizami rayon polis idarəsinin rəisi Nofəl Hidayət oğlu Məhərrəmov isə Xaçmaz rayon polis şöbəsinin rəisi təyin edilib.

Yeni təyinatlar bölgənin hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib.

Vəzifəyə yeni təyin edilən Ədalət Abbasov açıqlamasında bildirib ki, nazirin bütün göstəriş və tapşırıqlarını bacarıqla yerinə yetirəcək: "Nizami rayonu ərazisində də asayişin qorunması üçün əlimdən gələni edəcəm. İşimə vicdanla yanaşacam"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar