Ramil Usubov Göyçayda vətəndaşları qəbul edəcək
04.04.2018 827 0.0 0

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2018-ci il aprel ayının 28-də Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinlərini Göyçay rayon Polis Şöbəsində qəbul edəcəkdir.

 

Qazeta.info DİN-in mətbuat xidmətinin məlumatına əsasən bildirir ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

 

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar