Rəsul Çunayev erməni rəqibinə məğlub oldu
16.08.2016 1638 0.0 0

Güləşçimiz Rəsul Çunayev (66 kq) yarımfinalda erməni Miqran Arutyunyanla üz-üzə gəlib.

 

Məlumata görə, idmançımız rəqibinə uduzaraq finala vəsiqə qazana bilməyib. 

 

Məğlubiyyətə baxmayaraq, R. Çunayevin medal qazanmaq şansı qalır. O, saat 00:15-də bürünc uğrunda güləşəcək. Güləşçimizin rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək. 

 

Qeyd edək ki, Avropa və dünya çempionumuz mübarizəyə 1/16 finaldan start verib. O, ilk cəhdində kubalı Migel Palasio Martinezlə münasibətinə aydınlıq gətirib. Görüş həmyerlimiz üçün uğursuz başlasa da, Çunayev məğlubiyyətdən qaça bilib. Pəhləvanımız 0:2 hesabı ilə geridə olduğu görüşü 4:2 hesabı ilə xeyrinə bitirib.

 

Rəsulun 1/8 finalda rəqibi rusiyalı İslambek Albiyev olub. Bu döyüş də həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Çunayev yenə də 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, rəqibini 3:2 hesabı ilə məğlub edib.

 

Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimizin təmiz qələbəsi ilə yekunlaşıb. Rəsul görüşün taleyini ilk hissədə həll edib - 10:2./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar